Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı müzakirələr davam edir. Fanat.az xəbər verir ki, bu məsələnin reallaşmaq ehtimalı heç də az deyil.
Bu baş versə, futbola da ciddi şəkildə təsir edəcək. "Daily Star"ın xəbərinə görə, İngiltərədə 400-dən artıq Avropa Birliyi pasportu daşıyır ki, onlarında bir çoxu Premyer Liqada oynayır. Böyük Britaniya təşkilatdan çıxsa, bu futbolçular Premyer Liqada oynamaq hüququnu itirəcək.
Qəzet yazır ki, Böyük Britaniya Avropa Birliyindən çıxacağı halda bu futbolçular işçi vizası almaq üçün müraciət etməli olacaq və əksəriyyəti bu hüququ əldə edə bilməyəcək.
Qeyd edək ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxması iyunun 23-də rəsmiləşə bilər. Həmin gün krallıq vətəndaşları referendumda iştirak edəcək.
Onu da qeyd edək ki, Premyer Liqada Avropa Birliyi pasportu daşıyan 100-dən artıq futbolçu var. Çempionşip və Şotlandiya Premyer Liqasındakı oyunçularla birlikdə bu say 332-yə yüksəlir. Daha 109 Avropa Birliyi təmsilçisi İngiltərənin 1-ci və 2-ci liqalarında forma geyinir.
Avropa Birliyi pasportu olmayan futbolçular Premyer Liqada oynamaq hüququ qazanmaq üçün son 2 ildə ölkələrinin milli komandalarının keçirdiyi oyunların 75 faizində iştirak etməlidi.
Fanat.az