Benzema "Real Madrid"in əfsanəsini geridə qoydu

Benzema "Real Madrid"in əfsanəsini geridə qoydu

"Real Madrid"in hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında - PSJ ilə oyunda het-trik edərək birinci dueldə minimal hesabla uduzan komandasına 3:1 hesablı qələbə qazandırıb. 

Fanat.Az xəbər verir ki, Madriddə vurduğu qollarla "Real"ı 1/4 finala daşıyan Kərim klub tarixinin ən yaxşı bombardirlərinin siyahısında da zirvəyə doğru irəliləyib.

Belə ki, İspaniya nəhənginin formasıyla 309 qol vuran Əlcəzair əsilli fransalı əfsanəvi Alfredo Di Stefanonu (308 qol) geridə qoyaraq 3-cü pilləyə yüksəlib.

Bu siyahıda birinci yerdə 450 qolla Kriştianu Ronaldu qərarlaşıbsa, ikinci pillədə Raul Qonzales (323) mövqe tutub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər