Premyer Liqada mövsüm 1 qol və 1 "qırmızı" ilə bitdi

Premyer Liqada mövsüm 1 qol və 1 "qırmızı" ilə bitdi
Topaz Premyer Liqasında 2017/18 mövsümünə yekun vurulub. Fanat.Az xəbər verir ki, mövsümün son oyunu "Qəbələ” və "Qarabağ” arasında keçirilib.
Qarşılaşma formal xarakter daşıyıb. Belə ki, komandalar birinci və ikinci pilləni bundan əvvəl təmin etmişdi. Mükafatlandırma mərasiminə görə Bakıda "Azərsun Arena"da keçirilən qarşılaşmada bir qol vurulub. 22-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Dani Kintana "Qarabağ"a qələbə qazandırıb. İlk yarının son saniyələrində qırmızı vərəqə alan Cavid Hüseynov "Qəbələ"ni azlıqda qoyub.
 
Topaz Premyer Liqası
2017/18 mövsümü
IV dövrə, XXVIII tur
21 may
Qəbələ - Qarabağ 0:1
Qol: Dani Kintana, 22-pen.
Qırmızı vərəqə: Cavid Hüseynov, 90+2.
Qəbələ: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 3. Voislav Stankoviç, 6. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacıyev, 34. Urfan Abbasov, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Roman Qriqorçuk.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 17. Elçin Rəhimli, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 90. Ramil Şeydayev, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz  Mustafayev.
Hakim-inspektor: Əli Hüseynov.
"Azersun Arena”.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

28

20

5

3

37:13

65

2

Qəbələ

28

14

7

7

43:26

49

3

Neftçi

28

14

4

10

39:28

46

4

Zirə

28

12

8

8

36:30

44

5

Sumqayıt

28

11

7

10

34:33

40

6

Keşlə

28

8

7

13

29:39

31

7

Səbail

28

6

5

17

19:39

23

8

Kəpəz

28

3

5

20

18:47

14

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 13.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər