Azərbaycanlı qrossmeyster Almaniyada liderdir

Azərbaycanlı qrossmeyster Almaniyada liderdir

Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən 25-ci Bavariya açıq çempionatında iştirak edir.

Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster yeddinci turda ev sahibi İlya Şneyderə qalib gəlib.

Bu nəticədən sonra xalını 6-ya çatdıran Eltac eyni xala malik dörd şahmatçını əlavə göstəricilərə görə qabaqlayaraq turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Ümumilikdə 150 ​​şahmatçının mübarizə apardığı turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər