AZAL qapıçı transferini həll etdi

AZAL qapıçı transferini həll etdi
AZAL növbəti transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, Bakı klubu Stanislav Namaşko ilə münasibətlərini rəsmiləşdirib. 
Qeyd edək ki, 27 yaşlı qapıçı 2013/14 mövsümündə "Dinamo-Auto" klubunda çıxış edib. O, Tiraspol təmsilçisinin heyətində 6 oyuna çıxıb. O, əvvəllər Moldovanın "Tiraspol", "Şerif", Rusiyanın "Kuban", "Spartak" (Nalçik) və "Volqar" (Astraxan) klublarında çıxış edib. Moldovanın U-19 və U-21 yığmalarında çıxış etmiş Stanislav 2007-ci ildən çağırıldığı A millidə 39 oyuna çıxıb. Namaşko yığmanın əsas qapıçısı hesab olunur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər