Transfer çalışmalarını davam etdirən AZAL daha bir futbolçunu heyətinə qatır. Fanat.az xəbər verir ki, Bakı klubu konqolu Burnel Okana ilə müqavilə bağlamağa hazırlaşır. Yaxın günlərdə onunla anlaşma imzalanacaq.
Qeyd edək ki, Burnelin son iş yeri Ukraynanın “Stal” klubu olub. Okana 2005-2007-ci illərdə bu klubda çıxış edərək 62 oyunda 10 qola imza atıb. 2008-2009-cu illərdə Belarusun “Slaviya-Mozir” klubunda top qovan (42 oyun, 10 qol) futbolçu 2009-cu ildə qayıtdığı “Stal”da 157 oyuna çıxıb və 35 qol vurub. O, əvvəllər Konqonun “Valensa”, “Pyeqo-Vert”, KARA və “La Manka” klublarında çıxış edib.
Tam adı Burnel Okana-Stazi olan 29 yaşlı yarımmüdafiəçi 2008-ci ildən Konqo yığmasında çıxış edir. O, millidəki ilk oyununu 2008-ci ilin 7 sentyabrında Maliyə qarşı keçirib.
Burnel ukraynalı xanımla evlənib və Donetskdə yaşayır.
İdman24.az