AZAL-ın 7-ci transferi

AZAL-ın 7-ci transferi
AZAL daha bir futbolçu ilə müqavilə bağlayır. Fanat.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov baxışda olan Jumol Harevodu bəyənib. 
Onunla müqavilə imzalanacaq. Harevod "Qəbələ"nin 7-ci transferi olacaq. "Təyyarəçilər" bundan əvvəl Rəşad Abdullayevi, Orxan Səfiyaroğlunu, Elçin Sadıqovu, Nedo Turkoviçi, Laşa Kasradzeni və Axtam Xamrokulovu heyətinə qatıb.
Qeyd edək ki, 28 yaşlı hücumçunun son klubu Trinidad və Tobaqo "St. Ann`s Rangers" klubu olub. O, ABŞ "Brooklyn Italians" klubunda da çıxış edib. Trinidad və Tobaqo olan Harevodin İspaniya vətəndaşlığı da var.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər