AZAL-dan transfer şousu: 6-sı birdən

AZAL-dan transfer şousu: 6-sı birdən

AZAL transfer şousu göstərib. Fanat.az xəbər verir ki, Bakı klubu 6 transferi eyni anda rəsmiləşdirib. 

Bunlardan 3-ü yerli futbolçulardı. Belə ki, "təyyarəçilər" "Rəvan"dan gələn Rəşad Abdullayev (yarımmüdafiəçi), "Simurq"dan dönən Orxan Səfiyaroğlu (yarımmüdafiəçi) və "Sumqayıt"dan ayrılan Elçin Sadıqovla (qapıçı) müqavilə imzalayıb.

Onlarla yanaşı, 3 legionerlə də anlaşma imzalanıb. Heyətə qatılan Laşa Kasradze Gürcüstanın "VİT Georgia" (yarımmüdafiəçi), Axtam Xamrokulov Tacikistanın "Reqar-TadAZ" (hücumçu), Nedo Turkoviç isə Qazaxıstanın "Akjayık" (hücumçu) klublarından gəlib.

Rəşad Abdullayevlə 1,5 illik müqavilə bağlayan AZAL digər futbolçularla 2,5 illik anlaşma imzalayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər