"Hamısı əsassız iddialardı. AZAL heç bir futbolçudan - nə legioner, nə də yerli futbolçudan heyətə qatılmaq üçün pul istəmir". Bu sözləri Fanat.az-a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib.
Klub rəsmisi AZAL-la bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib: "Mətbuatda kiminsə AZAL-da oynaması üçün pus istənildiyi yazılıb. Bu cür əsassız xəbərlər hardan qaynaqlanır, bilmirəm. Amma biz klub olaraq, bu işi araşdıracağıq. Ümumiyyətlə, Almaniyada mübarizə aparan azərbaycanlı futbolçuların heç biri ilə əlaqəmiz olmayıb. Heç düşərgəmizə də gəlməyiblər. Komandamız hazırda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Bütün diqqətimizi çempionata yönəltmişik və mövqeyimizi saxlamaq üçün işlər görürük. Yenə deyirəm, məlumatda hansı məşqçinin və ya klub işçisinin pul istəməsi də qeyd edilməyib. Bu bizi gözü götürməyənlərin planı da ola bilər. Tam əminliklə deyə bilərəm ki, hamısı boş-boş şaiələrdi".
Yusifov daha sonra heyəti gücləndirmək üçün çalışdıqlarını da vurğuladıi: "Heyətimizi gücləndirmək üçün çalışırıq. Bunun üçün yeni transferlərin ediləcəyi istisna deyil. Yenilər legioner də ola bilər, yerli də. Amma əsas üstünlük legioner futbolçulara veriləcək. Bildiyimiz kimi "transfer pəncərəsi" bağlandığından yalnız azad agent statusu daşıyan futbolçularla əlaqə yaradacağıq. Hələ ki, kimlərin gələcəyi dəqiq məlum deyil".
Fanat.az