AZAL-dan 9-cu rəsmi transfer - FOTOLAR

AZAL-dan 9-cu rəsmi transfer - FOTOLAR
AZAL heyəti gücləndirməkdə davam edir. Fanat.az xəbər verir ki, yeni mövsümün hazırlıqlarını Boluda davam etdirən Bakı klubu daha bir keçidi rəsmiləşdirib. 
Bu dəfə kolumbiyalı hücumçu Con Enrike Kordoba ilə anlaşma  imzalanıb. “Koru Otel”də baş tutan mərasimdə Kordoba ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, tam adı Con Enrike Kordoba Kordoba olan futbolçu isə kolumbiyalıdı. 27 yaşlı yarımmüdafiəçinin son iş yeri Kolumbiyanın "Amerika de Kali" klubu olub. 15 oyunda meydana çıxan Enrike 851 dəqiqə oynayıb və 1 qola imza atıb. Kordoba əvvəllər Venesuellanın "CD Lara", "Deportivo Petare", "Zamora", "Truxillanos", Boliviyanın "Bolivar" və Kolumbiyanın "Kukuta Deportivo" klublarında çıxış edib.
Kordoba AZAL-ın bu yay heyətinə qatdığı sayca 9-cu futbolçu oldu. "Təyyarəçilər" daha öncə Asif Mirili, Stanislav Namaşko, Luis Ramos, Tomi Kostadinov ilə müqaviləyə bağlayıb, Novruz Məmmədov və Orxan Lalayevi “Rəvan”dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadəni isə “Qarabağ”dan icarəyə götürüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər