Avrokubok uğrunda mübarizədən kənarda qalan AZAL indidən gələn mövsümün planlarını cızmağa başlayıb. Fanat.az xəbər verir ki, “təyyarəçilər”in transfer siyahısına braziliyalı futbolçu Renan Silva başçılıq edir.
Hələ qış fasiləsində də yarımmüdafiəçi ilə maraqlanan paytaxt klubu həmin vaxt “sambaçı” ilə anlaşa bilməmişdi. Gələn mövsümün heyətini qurmağa başlayan AZAL 26 yaşlı futbolçu ilə yenidən danışığa başlayıb.
Hazırda Tai çempionatında “Sonqkla Yunayted” klubunun formasını geyinən Renan Silva özü də artıq Azərbaycanda oynamaqda maraqlıdı.
Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlsələr, Silva AZAL-ın yay fasiləsindəki ilk transferi olacaq.//Apasport.az
Fanat.az