AZAL 7-ci transferini açıqladı - FOTO

AZAL 7-ci transferini açıqladı - FOTO
Hazırlıqlarını Boluda davam etdirən AZAL növbəti transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, Bakı klubu honduraslı yarımmüdafiəçi Luis Ramosu heyətinə qatıb.
Ramos müqavilə bağladıqdan sonra klubun rəsmi saytına danışıb: “Hər iki tərəf üçün uğurlu olacağəna inanıram. Məqsədim özümü yaxşı tərəfdən göstərərək yenidən Honduras millisindən dəvət almaqdır. AZAL-da yeni komanda formalaşır. Əlimdən gələni edəcəm ki, komandamız çempionatda yğurlu çıxış etsin”. 
Qeyd edək ki, tam adı Luis Arkangel Ramos Kolon olan futbolçunun son iş yeri Çexiyanın "Teplitse" klubu olub. 29 yaşlı yarımmüdafiəçi qışda keçdiyi komandanın heyətində 10 oyun keçirib və 553 dəqiqə oynayıb. Ramos əvvəllər Hondurasın "Maraton", Slovakiyanın "Jilina", "Nitra", Macarıstanın "Nyireqihaza", "Debretsen", "Kekskemet" və Fransanın "Şatoru" klublarında çıxış edib. 
AZAL bundan əvvəl Asif Mirili və Stanislav Namaşko ilə 2 illik müqavilə bağlamış, Novruz Məmmədov və Orxan Lalayevi “Rəvan”dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadəni isə “Qarabağ”dan icarəyə götürmüşdü.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər