Yeni mövsümə hazırlaşan AZAL heyəti gücləndirməkdə davam edir. Fanat.az xəbər verir ki, "təyyarəçilər" artıq yay transfer pəncərəsi dövründə 4-cü keçidi rəsmiləşdirib.
Buna qədər Asif Mirili, Eltun Yaqublu və Təmkin Xəlilzadənin keçidini həll etmiş AZAL bu dəfə Novruz Məmmədovu heyətinə qatıb. Müqavilə ilə “Rəvan”a məxsus olan müdafiəçi 1 illiyə icarəyə götürülüb.
Qeyd edək ki, Novruz başa çatan mövsümdə "Rəvan"ın heyətində 34 rəsmi oyuna çıxıb.
Fanat.az