Avstraliya yığmasının və "Adelayd Yunayted"in qapıçısı Co Qauçi karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Aston Villa" 23 yaşlı qolkiperlə müqavilə imzalayıb
Bu barədə Birmingem klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 2028-ci ilə qədər olan uzunmüddətli müqavilə imzalanıb. Qauçinin keçid məbləği 1,5 milyon avro təşkil edib.
Co Qauçi hazırda Avstraliya millisinin heyətində Asiya Kubokunda çıxış edir.
"Aston Villa" İngiltərə çempionatında 22 turdan sonra 43 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Mirağa