Avropada transfer bombası partladı: David Luiz...

Avropada transfer bombası partladı: David Luiz...
Avropada transfer bombası partlayıb. Fanat.az xəbər verir ki, "Çelsi" və PSJ David Luizin transferində anlaşıb.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, David Luizin PSJ-yə satışı üçün iki klub arasında razılıq əldə olunub. Braziliyalı müdafiəçi tibii müayinədən sonra Fransa klubu ilə müqavilə imzalayacaq.
Avropa mətbuatının məlumatına görə, PSJ bu transferə görə "Çelsi"yə 50 milyon avro ödəyəcək. 27 yaşlı futbolçunun maaşı isə hələlik açıqlanmır.
Qeyd edək ki, David Luiz 2011-ci ildən "Çelsi"də çıxış edir. Əvvəllər Braziliyanın "Vitoria" və Portuqaliyanın "Benfika" klublarında forma geyinmiş 27 yaşlı müdafiəçi milli komandada 34 oyun keçirib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər