Avropa klubları transferə nə qədər xərcləyib?

Avropa klubları transferə nə qədər xərcləyib?
"Prime Time Sport" Avropa klublarının transfer çalışmaları və yeni futbolçulara xərclənən pulun məbləği barədə açıqlama yayıb. Fanat.az xəbər verir ki, şirkət Qaret Beylin transferinə 100 milyon avro xərcləyən "Real"ın bu yay yeni oyunçulara 184 milyon avro sərf etdiyini açıqlayıb. "Kral Klubu" bu göstərici ilə Avropada birinci olub.
"Real"ı "Monako" izləyir. Rus işadamı Dimitri Rıbolovlevin sahibi olduğu klub 166 milyon avro ilə ikinci pilləni tutub.
Futbolçu satışından bu yay ən çox "Anji" qazanıb. Bütün ulduzlarını satan Mahaçqala klubu 140 milyon avro əldə edib. "Anji"ni 128 milyon avro ilə "Tottenhem" izləyir. "Real" isə satışdan 109 milyon avro qazanıb və üçüncü olub. 
Son beş ildə "Real" transferlərə 611 milyon avro xərcləyib və futbolçu satışlarından 260 milyon qazanıb. "Mançester Siti" isə satışdan qazanmasa da, transferlərə 435 milyon avro sərf edib.
İspaniya klubları bu yay futbolçuların satışından 480 milyon avro "qatlayıb". Əvəzində La Liqanın 20 iştirakçısı yeni oyunçulara 388 milyon avro xərcləyib.
İngiltərə isə transferlərə 736 milyon avro sərf etməklə birinci olub. Premyer Liqa təmsilçiləri satışdan 261 milyon avro əldə edib.
Ümumilikdə Avropa klubları bu yay transferlərə 2 milyard 160 milyon avro xərcləyib. Bu ötən yayla müqayisədə 40 faiz artıqdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər