Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

"Atletiko"nun hücumçusu Xulian Alvares karyerasını Kataloniya nəhəngində davam etdirmək niyyətindədir.

Fanat.Az İspaniyanın məşhur "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, argentinalı forvard hələ də "Barselona"ya transfer olunmaq variantına isti baxır.

Madrid təmsilçisi onun satışına tam qarşı olmasa da, birbaşa rəqibini gücləndirməkdənsə, futbolçunun PSJ və ya "Arsenal"a keçməsini üstün tutur.

Kataloniyalılar isə yaxşı dərk edir ki, Alvares klubdan ayrılmaq üçün rəhbərliyə rəsmi şəkildə təzyiq göstərməsə, bu transferin reallaşması olduqca çətin olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər