Aleksandre Pato Premyer Liqada

Aleksandre Pato Premyer Liqada

Aleksandre Pato karyerasını yenidən Avropada davam etdirəcək. Fanat.az xəbər verir ki, "Korintians"ın forvardı İngiltərə Premyer Liqasında çıxış edəcək.

"Çelsi" və "Liverpul"un heyətinə qatmaq istədiyi Pato London klubu ilə anlaşıb. Transferi qısa müddətdə rəsmən açıqlanacağı deyilir. 

İddiaya görə, "Çelsi" Patonu yayadək icarəyə götürəcək. Yayda isə onun transfer hüququ alınacaq.

Qeyd edək ki, 2007-2012-ci illərdə "Milan"da çıxış edən Pato 150 matçda 63 qol vurub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər