AÇ: Macarıstan və Almaniyaya qarşı heyətimiz

AÇ: Macarıstan və Almaniyaya qarşı heyətimiz

Sloveniyanın Çatej şəhərində Avropa çempionatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan şahmat yığmalarının IV tur üçün heyətləri məlum olub.

Fanat.Az xəbər verir ki, üç oyundan maksimum sayda - 6 xalla yarış cədvəlinə başçılıq edən kişilərdən ibarət millimiz yalnız əlavə göstəricilərə görə qabaqladığı Macarıstan kollektivi ilə münasibətləri aydınlaşdıracaq.

Qadın komandamız isə Almaniya ilə üz-üzə gələcək.

Komandalar hərəyə 4 xal toplayıblar. Yığmamız 6-cı, almanlar 10-cu sıradadır.

Turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət Avropa çempionatına noyabrın 21-də yekun vurulacaq.

Avropa çempionatı, IV tur

Kişilər

Macarıstan - Azərbaycan

Vikdor Erdoş - Şəhriyar Məmmədyarov Ferents Berkeş - Teymur Rəcəbov Tamaş Banuş - Rauf Məmmədov Benjamin Qledura - Qədir Hüseynov

Qadınlar

Almaniya - Azərbaycan

Elizabet Paets - Günay Məmmədzadə Jozefin Haynemann - Gülnar Məmmədova Anna-Mari Klek - Xanım Balacayeva Melani Lubbe - Gövhər Beydullayeva

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər