6 Premyer Liqa klubunun istədiyi futbolçu

6 Premyer Liqa klubunun istədiyi futbolçu
"Nyukasl"ın futbolçusu Andros Tovnsend 6 klubun maraq dairəsinə düşüb. 
Fanat.az xəbər verir ki, 24 yaşlı ingilis hücumçunu "Sautqempton", "Everton", "Stok Siti", "Uatford", "Suonsi" və "Kristalo Palas" kimi Premyer Liqa klubları istəyir. Premyer Liqanı tərk edən "Nyukasl"ın onu satması gözlənilir.
Qeyd edək ki, "Nyukasl" Andros Tovnsendi bu ilin əvvəlində "Tottenhem"dən 15,7 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" ona 9 milyon avro qiymət qoyub. 2015/16 mövsümündə "Tottenhem" və "Nyukasl"ın heyətində 20 rəsmi oyuna çıxan 24 yaşlı futbolçu 4 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər