45 il sonra Premyer Liqada

45 il sonra Premyer Liqada

İngiltərə Premyer Liqasına yüksələn son komanda "Haddersfayld" oldu. 

 

Fanat.Az xəbər verir ki, "Çempionşip" "pley-off"unun finalında penaltilər seriyasında "Ridinq"i 4:3 hesabı ilə yenən "Haddersfayld" 45 il sonra güclülər dəstəsində oynamaq hüququ qazanıb. 

Komanda 1972-ci ildən bəri keçirilən premyer-liqaya ilk dəfə qatılacaq. Ölkə çempionatında 56 dəfə rəqib torunu silkələyən, 58 qol buraxan və çempionatı 5-ci pillədə başa vuran "Haddersfayld" mənfi top fərqi ilə premyer-liqaya yüksələn ilk komanda oldu. 

 

"Haddersfayl"la yanaşı premyer-liqaya yüksələn komandalar "Nyukasl" və "Bricton"du.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər