Braziliyanın 3-cü liqa klubu "Quaratinqueta" rəsmi saytı vasitəsi ilə maraqlı açıqlama yayıb. Fanat.az xəbər verir ki, aşağı liqa təmsilçisi Luis Suaresi transfer etdiyini açıqlayıb.
Lakin çox keçmədən klubun prezidenti Pedro Panzelli xəbəri təkzib edib. Klub rəhbəri bildirib ki, xəbər sadəcə saytı yoxlamaq üçün sınaq xarakteri ilə hazırlanıb və yalnışlıqla yayımlanıb.
Fanat.az