İngiltərə Premyer Liqasında daha bir baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, "Vest Hem” Devid Moyeslə yollarını ayırıb.
Moyesin rəhbərliyi altında komanda elitada qalmaq hədəfinə çatsa da, onunla yeni müqavilə imzalamamaq qərara alınıb.
Qeyd edək ki, 55 yaşlı şotlandiyalı mütəxəssis Premyer Liqa klubunu 2017-ci ilin noyabr ayından çalışdırırdı. Komanda onun rəhbərliyi altında mövsümü 42 xalla 20 klub arasında 13-cü pillədə başa vurub.
Fanat.Az