Premyer Liqa klubundan rekord transfer

Premyer Liqa klubundan rekord transfer

"Vest Hem" növbəti transferini reallaşdırıb. Fanat.Az xəbər verir ki, Premyer Liqa klub "Suonsi"dən Andre Ayevi heyətinə qatıb.

Klubun rəsmi saytının yaydığı məlumatda bildirilir ki, qanalı forvard üçün qarşı tərəfə 24,1 milyon avro ödənəcək. Bu isə "Vest Hem" tarixinin ən bahalı transferidi. Ayevlə 3+1 illiu müqavilə imzalanıb.

Qeyd edək ki, "Suonsi" Andre Ayevi 2015-ci ildə Marsel "Olimpik"indən transfer haqqı ödəmədən heyətinə qatmışdı. Hazırda "Transfermarkt" ona 18 milyon avro qiymət qoyub. 26 yaşlı hücumçu ötən mövsüm İngiltərə klubunun heyətində 35 rəsmi oyuna çıxıb və 12 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər