İngiltərə Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulub. Fanat.az xəbər verir ki, bu gün son turun oyunları keçirilib.
Çempion "Lester" səfərdə "Çelsi" ilə "sülh" bağlayıb - 1:1. "Arsenal" "Aston Villa"nı darmadağın edərək gümüş medallara sahib çıxıb - 4:0. İkincilik iddiasını son turadək davam etdirən "Tottenhem" səfərdə "Nyukasl"a 1:5 hesabı ilə yenilib.
Turun digər oyunlarına gəlincə, "Everton" "Norviç"i 3:0, "Sautqempton" "Kristal Palas"ı 4:1, "Stok Siti" "Vest Hem"i 2:1 hesabı ilə yenib. "Vest Bromviç" - "Liverpul" və "Suonsi" - "Mançester "Siti" oyunları 1:1, "Uatford" - "Sanderlend" qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.
"Mançester Yunayted" - "Bormut" matçı isə baş tutmayıb. Buna səbəb stadionda bomba həyacanı yaşanması olub.
Mövsümün yekunlarına əsasən, "Lester", "Arsenal" və "Tottenhem" Çempionlar Liqasının qrup, 4-cü yerin sahibi "Mançester Siti" "pley-off" mərhələsinə vəsiqə qazanıb.
5-6-cı pillləəri tutan "Sautqempton" və son oyununu keçirməyən "Mançester Yunayted" Avropa Liqasına vəsiqə qazanıb. Onlardan hansının birbaşa qrup mərhələsində çıxış edəcəyinə "Mançester Yunayted" - "Bormut" oyununun nəticəsindən aslı olacaq.
Son 3 pilləni tutan "Nyukasl", "Norviç" və "Aston Villa" gələn mövsüm aşağı liqada çıxış edəcək. Çempionşip
Fanat.az