I divizionun XƏV turunun qalan oyunlarına təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, bir müddətdi Premyer Liqaya təyinat alan Rəvan Həmzəzadə sabah "Bakı" - "Neftçala" oyununda fitt çalacaq.
Daha bir Premyer Liqa hakimi - Elvin Əsgərov da aşağı liqaya təyinat alıb. O, "Şəmkir" - "Zaqatala" oyununda ədaləti qoruyacaq.
Qeyd edək ki, XIV turun 4 oyunu bu gün keçirilib.
19 fevral
“Bakı” - “Neftçala”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Coşqun Həsənov, Alik Yunusov
Hakim-inspektor: Novil İsmayılov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
“Ağsu” - MOİK
Hakimlər: Nail Nağıyev, İsgəndər Əliyev, Cəmil Quliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Eldəniz Musayev
Ağsu şəhər stadionu
“Şəmkir” - “Zaqatala”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Teymur Teymurov, Namiq Bəkirov
Hakim-inspektor: Abdulla Məmmədov
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
Qeyd: oyunlar saat 14.00-da başlayacaq.
Fanat.az