Avropada ilk transfer bombası partladı - RƏSMİ

Avropada ilk transfer bombası partladı - RƏSMİ

"Mançester Yunayted" ilk transferini açıqlayıb. Fanat.az хəbər verir ki, "qırmızı şeytanlar" PSV-nin futbolçusu Mempis Depayın transferini həll edib.

Bu barədə "Mançester Yunayted" rəsmi açıqlama yayıb. İngiltərə mətbuatının məlumatına görə, Mançester təmsilçisi bu transferə görə ən azı 30 milyon funt-sterlinq хərcləyib.

Qeyd edək ki, 2011-ci ildən PSV-nin əsas heyətində forma geyinən Depay 122 oyunda 49 qola imza atıb. 21 yaşlı forvard Hollandiya yığmasında 15 oyun keçirib və 2 qol vurub. Onunla "Mançester Yunayted"dən başqa, "Liverpul" və PSJ kimi başqa Avropa nəhəngləri də maraqlanırdı.

Mempis Depay Jaap Stam, Ruud van  Nistelrooy və Ji-Sunq Parkdan sonra PSV-dən "Mançester Yunayted"ə transfer olunan 4-cü futbolçudu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər