Transfer çalışmalarına start verən "Simurq" artıq ilk keçidi rəsmiləşdirib. Fanat.az xəbər verir ki, Zaqatala klubu Samir Zərgərovla müqavilə imzalayıb.
27 yaşlı futbolçu mövsümün sonuna qədər "Simurq"un uğurları üçün çalışacaq. Samir Zaqatala təmsilçisinin heyətində "6" nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Samir Zərgərov karyerası ərzində "Standart", "Kəpəz" və "İnter" klublarının formasını geyinib. O, son üç mövsümü "bankirlər"in heyətində keçirdib.
Fanat.az