18 yaşlı ukraynalı Premyer Liqada çıxış edəcək - RƏSMİ

18 yaşlı ukraynalı Premyer Liqada çıxış edəcək - RƏSMİ

İngiltərə Premyer Liqa təmsilçisi heyətinə ukraynalı yarımmüdafiəçi cəlb edib. 

Fanat.Az xəbər verir ki, "Brentford" rəsmi saytı vasitəsilə "Dnepr-1"in oyunçusu Yeqor Yarmolyukun transferini açıqlayıb. Tərəflər sonradan daha 1 il uzatma şərti ilə 3 illik müqavilə imzalayıb. Keçidin məbləği açıqlanmayıb.

Yarmolyuk "Dnepr-1"in yetirməsidir. 18 yaşlı yarımmüdafiəçi Ukrayna təmsilçisinin heyətində 21 oyun keçirib və 1 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər