172 milyon dollarlıq transfer rəsmiləşmək üzrədir

172 milyon dollarlıq transfer rəsmiləşmək üzrədir

İngiltərə və dünya futbolunda transfer bazarlarını alt-üst edəcək tarixi bir razılaşma reallaşmaq üzrədir.

Fanat.Az xəbər verir ki, "Mançester Siti" Premyer Liqa tarixinin ən baha transferini bitirməyə çox yaxındır.

İngiltərənin nüfuzlu "Daily Mail" nəşrinin yaydığı məlumata görə, "şəhərlilər" "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonu heyətinə qatmağa hazırlaşır.

Bu nəhəng keçid üçün "Mançester Siti"nin qarşı tərəfə tam 172 milyon dollar bonservis haqqı ödəyəcəyi bildirilir.

Cari Dünya Çempionatında İngiltərə millisinin forması ilə meydana çıxdığı 2 matçda 1 asistlə yadda qalan Anderson, bu transferlə adını futbol tarixinə qızıl hərflərlə yazdıracaq

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər