“Barselona”nın futbolçusu Xavi “Mançester Yunayted” və “Bavariya”nın təklifni rədd edib. Fanat.az xəbər verir ki, 34 yaşlı futbolçunun birbaşa Lui van Qaal və Xosep Qvardiola ilə söhbəti də olub.
Xavi “Bavariya” və “Mançester Yunayted”ə avrokuboklarda “Barselona”ya qarşı oynamaq istəyinin olmaması səbəbilə keçməyib. Futbolçu Amerika və Qatar klublarından da gələn təklifləri rədd edib. Xavi Luis Enrike ilə söhbətdən sonra “Barselona”da qalmağa üstünlük verib.
Fanat.az