Ulduz futbolçunun oğlu İaqo İngiltərə millisində debüt edir

Ulduz futbolçunun oğlu İaqo İngiltərə millisində debüt edir

Əfsanəvi müdafiəçi Tyaqo Silvanın 14 yaşlı oğlu İaqo Silva ilk dəfə İngiltərənin U-15 milli komandasına dəvət alıb.

Fanat.Az xəbər verir ki, "Çelsi"nin akademiyasında çıxış edən gənc müdafiəçi gələn həftə Kipr və ABŞ-a qarşı keçiriləcək oyunların heyətində yer alacaq.

2020-ci ildən Londonda yaşayan İaqo, yaşayış müddətinə görə İngiltərəni təmsil etmək hüququ qazanıb. Atası kimi müdafiəçi mövqeyində oynayan İaqo, sosial mediada bu dəvətin onun üçün böyük bir qürur olduğunu qeyd edib.

Gələcəkdə Braziliya millisini seçmək hüququ olsa da, hazırda İngiltərənin gənclər komandası ilə ilk addımlarını atır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər