Yığma komandalar arasında növbəti yoxlama oyunları keçirilib. Fanat.az xəbər verir ki, Avropa yığmalarının iştirakı ilə 13 sınaq matçı baş tutub.
Millimizin Estoniyaya uduzduğu (1:2) gecədə Türkiyə yığması Şimali İrlandiyanı sanağa çəkib. "Ay-ulduzlular" Mevlüt Erdinçin qolu ilə qələbəni bayram edib - 1:1.
DÇ-2014-də millimizlə eyni qrupda yer almış Rusiya da evdə meydana çıxıb. Şimal qonşularımız Serbiyanı sınağa çəkib və heç-heçəyə razılaşıb - 1:1.
Ən maraqlı qarşılaşmalardan biri İtaliya və Almaniya arasında baş tutub. Bu görüşdə də qalib müəyyənləşməyib - 1:1.
İngilətərə millisi isə Çiliyə boyun əyib. "Barselona"lı Aleksis Sançesin dublu cənubi amerikalılara qələbə qazandırıb - 2:0.
Yoldaşlıq oyunları
15 noyabr
Cənubi Koreya - İsveçrə 2:1
Qollar: Honq Yeonq-Ho, 59. Lee Çunq-Yonq, 87 - Paytim Kasami, 7.
Belarus - Albaniya 0:0
Çexiya - Kanada 2:0
Qollar: Andrey Kelustka, 3. Tomas Horava, 81.
Rusiya - Serbiya 1:1
Qollar: Aleksandr Səmədov, 29 - Filip Corceviç, 31.
Estoniya - Azərbaycan 2:1
Qol: Sergey Zenyov, 55. Joel Lindpere, 66 - Rauf Əliyev, 45.
Danimarka - Norveç 2:1
Qollar: Uilyam Kvist, 14. Nikolay Boilesen, 90 - Markus Pedersen, 78.
Türkiyə - Şimali İrlandiya 1:0
Qol: Mevlüt Erdinç, 45.
İrlandiya - Latviya 2:0
Qollar: Robbi Kin, 22. Ayden Makgeadi, 68. Şane Lonq, 80.
İtaliya - Almaniya 1:1
Qollar: İqnazio Abate, 28 - Mats Hummels, 8.
Polşa - Slovakiya 0:2
Qollar: Juraj Kuçka, 31. Robert Mak, 39.
İngiltərə - Çili 0:2
Qollar: Aleksis Sançes, 7; 90.
Şotlandiya - ABŞ 0:0
Fanat.az