Türkiyə, Rusiya və Almaniya uddu, İspaniya uduzdu

Türkiyə, Rusiya və Almaniya uddu, İspaniya uduzdu
Milli komandalar arasında növbəti yoldaşlıq oyunları baş tutacaq. Fanat.az xəbər verir ki, dünya arenalarında 20 qarşılaşma baş tutub.
Azərbaycan yığmasının Qırğızıstanın qonağı olduğu gündə (0:0) Türkiyə millisi də meydana çıxıb. 4 gün əvvəl Adanada Şimali İrlandiyanı 1:0 hesabı ilə yenən Fatih Terimin yetirmələri bu dəfə Belarusu qəbul edib. "Ay-ulduzlular" "Qalatasaray"lı futbolçular - Umut Bulut və Burak Yılmazın qolları ilə qələbəni bayram edib - 2:1.
Almaniya yığması İngiltərəni 1:0 hesabı ilə yenib. Rusiya Cənubi Koreyadan üstün olub - 2:1. Son dünya və Avropa çempionu İspaniya CAR-a 0:1 hesabı ilə uduzub. Hollandiya millisi Kolumbiyanın müqavimətini qıra bilməyib - 0:0.
Yoldaşlıq oyunları
19 noyabr 
Argentina - Bosniya və Hersoqovina 2:0
Qollar: Serxio Aquero, 40; 66.
Avstraliya - Kosta Rika 1:0
Qol: Tim Kahill, 69.
Qırğızıstan - Azərbaycan 0:0
Kambodiya - Quam 0:2
Hindistan - Nepal 2:0
Qollar: Sunil Çetri, 21. Kliffor, 48.
Tanzaniya - Zimbabve 0:0
Rusiya - Cənubi Koreya 2:1
Qollar: Fedor Smolov, 9. Dmitri Tarasov, 59 - Şin-Wuk Kim, 6.
Sloveniya - Kanada 1:0
Qol: Valter Birsa, 53.
Lixtenşteyn - Estoniya 0:2
Qollar: Sergey Zenyov, 45. Henri Anyer, 61;63.
Malta - Farer adaları 3:2
Qollar: Ryan Feneç, 17. Mixael Mifsud, 19. Conatan Karuana, 41 - Hallur Hansson, 80. Roqvi Baldvinsson, 87.
Nambiya - Mozambik 0:0
Norveç - Şotlandiya 0:1
Qol: Skott Broun, 61.
Türkiyə - Belarus 2:1
Qollar: Umut Bulut, 4. Burak Yılmaz, 89 - Vitali Rodionov, 10.
Slovakiya - Cəbəllütarik 0:0
CAR - İspaniya 1:0
Qol: Bernard Parker, 56.
Hollandiya - Kolumbiya 0:0
 
Avstriya - ABŞ 1:0
Qol: Mark Yanko, 33.
Polşa - İrlandiya 0:0
Belçika - Yaponiya 2:3
Qollar: Kevin Mirallas, 16. Toby Alderveireld, 79 - Kakitani, 37. Keysuke Honda, 53. Şinji Okazaki, 63.
İngiltərə - Almaniya 0:1
Qol: Per Mertesaker, 39.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər