Türkiyə klublarının bu yay heyətinə qatdığı ən bahalı futbolçular müəyyənləşib. Fanat.az хəbər verir ki, siyahıya Jozef de Souza başçılıq edir.
"Fənərbaхça" 26 yaşlı futbolçu üçün "San Paulo"ya 8 milyon avo ödəyib. Növbəti iki pilləni də "sarı-lacivərdlilər"in yeni transferləri tutur. Belə ki, "Fənərbaхça" "Lill"dən aldığı Simon Kyaer üçün 7.65, "Bursaspor"dan transfer etdiyi Ozan Tufan üçün 7 milyon avrodan keçib.
Siyahıdakı 10 futbolçudan 7-sini "Fənərbaхça" transfer edib. "Beşiktaş", "Trabzonspor" və "Qalatasaray"ın bir yeni transferi siyahıya düşüb.
1. Jozef de Souza
Yaşı: 26
Komandası: San Paulo (Braziliya) - Fənərbaxça
Qiyməti: 8 milyon avo
2. Simon Kyaer
Yaşı: 26
Komandası: Lill (Fransa) - Fənərbaxça
Qiyməti: 7,65 milyon avo
3. Ozan Tufan
Yaşı: 20
Komandası: Bursaspor (Türkiyə) - Fənərbaxça
Qiyməti: 7 milyon avo
4. Luis Nani
Yaşı: 28
Komandası: Mançester Yunayted (İngiltərə) - Fənərbaxça
Qiyməti: 6 milyon avo
5. Robin van Persi
Yaşı: 31
Komandası: Mançester Yunayted (İngiltərə) - Fənərbaxça
Qiyməti: 5,5 milyon avo
6. Fernandao
Yaşı: 28
Komandası: Atletiko Paranaense (Braziliya) - Fənərbaxça
Qiyməti: 3,4 milyon avo
7. Rodolfo
Yaşı: 28
Komandası: Qremio (Braziliya) - Beşiktaş
Qiyməti: 3,3 milyon avo
8. Dame N`Doye
Yaşı: 30
Komandası: Hall Siti (İngiltərə) - Trabzonspor
Qiyməti: 3,15 milyon avo
9. Lukas Podolski
Yaşı: 30
Komandası: Arsenal (İngiltərə) - Qalatasaray
Qiyməti: 2,5 milyon avo
10. Volkan Şen
Yaşı: 28
Komandası: Bursaspor (Türkiyə) - Fənərbaxça
Qiyməti: 2,5 milyon avo
Fanat.az