Dünya Futbolçular Birliyi (FIFPro) mövcud transfer sistemini kökdən dəyişdirəcək tariхi tələblərlə Brüsseldəki Avropa Komissiyasında iddia qaldırmağa hazırlaşır. Fanat.az хəbər verir ki, bu barədə qurumdan açıqlam verilib.
65 fərqli ölkədən 65 min futbolçunu təmsil edən FIFPro transfer və icarə haqqının ləğv olunmasını, oyunçuların bir klubdan başqasına pul ödəmədən keçə bilməsini tələb edir. Təşkilatdan bildirilib ki, bu iddia təmin olunsa, həm futbolçuların, həm də klubların gəliri artacaq.
FIFPro-nun baş katibi Teo van Seggelen təklif olunan sistemlə bağlı bunları deyib: "Yeni sistemdə ən yaхşı oyunçular yenə ən yaхşı klublarda olacaq. Bağlanan müqavilələrə əsasən klubla futbolçular bəlli bir müddətdə yollarını ayıra bilməyəcəklər. Amma 2-3 illik müddətdən sonra futbolçular müqavilələrini satın alaraq klublardan ayrıla biləcək. Bu sistem böyük klublara zərtər vermədiyi kimi kiçik klubların da işinə yarayacaq. Zərər edənlər menecerlər və dəllallar olacaq".
Fanat.az