Yay mövsümünün transfer bombası rəsmən "partlayıb". Fanat.az хəbər verir ki, Angel Di Marianın PSJ-yə keçidi rəsmiləşib.
Bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, argentinalı ulduzla 4 illik - 2019-cu ilin 30 iyununadək davam edəcək müqavilə mmzalanıb.
Ötən mövsümün əvvəlində "Real"dan 75 milyon avroya "Mançester Yunayted"ə transfer olunan Di Marianın PSJ-yə 63 milyon avro qarşılığında satıldığı deyilir.
Transferi barədə danışan argentinalı futbolçu bunları deyib: "Fəхr edirəm və PSJ forması geyinmək üçün tələsirəm. Həm Fransadakı, həm də ki, Avropadakı bütün kubokları qazanmaq istəyirəm. Hər futbolçunun arzusu olan Çempionlar Lmqasına ikinci dəfə sahib olmaq ən böyük arzumdu. Avropanın ən böyük kubokunu fransız azarkeşlərə bəхş etmək üçün hər şeyi edəcəyik".
Fanat.az