Suares rəsmən “Barselona”da

Suares rəsmən “Barselona”da

“Barselona” növbəti transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, Kataloniya klubu “Mançester Siti”dən Denis Suaresi heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlanıb. Suares üçün “Mançester Siti”yə ödənilən məbləğ açıqlanmayıb. İspan yarımmüdafiəçi “Barselona”nın B komandasında oynayacaq.

Suaresi transfer etmək istəyən klub “Barselona”ya 12 milyon avro ödəməli olacaq. Futbolçu A komandasına yüksələcəyi halda bu məbləğ 35 milyon avroya yüksələcək.

Qeyd edək ki, 2011-ci ildə “Selta”nın B komandasından “Mançester Siti”yə keçən Suares əsas heyətdə debüt etməyib. İspaniyanın U-17, U-18, U-19 yığmalarında oynamış futbolçu hazırda U-20-yə çağırılır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər