Suares mövsümə hazırlıqları "Barselona"dan ayrı başladı

Suares mövsümə hazırlıqları "Barselona"dan ayrı başladı

"Barselona"nın yeni transferi Luis Suares 2014-2015 mövsümünə hazırlaşan komandadan ayrı məşq edir. Fanat.az xəbər verir ki, Uruqvay yığmasının hücumçusu diskvalifikasiya şərtlərinə riayət edərək, nə Kataloniya təmsilçisinin bazasına gəlir, nə də komanda yoldaşları ilə ünsiyyət qurur.

Buna baxmayaraq, futbolçu fərdi qaydada intensiv şəkildə məşqlərini davam etdirir.

Xatırladaq ki, Luis Suares DÇ-2014-ün qrup mərhələsində İtaliya yığmasının müdafiəçisi Corco Kyellinini dişləyib. Bu səbəbdən o, FİFA tərəfindən cəzaya məruz qalıb: milli komandadan 9 oyunluq kənarlaşdırılmaqla yanaşı, futbol sahəsində istənilən fəaliyyətinə də 4 aylıq qadağa qoyulub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər