Stadionlar Premyer Liqa oyunlarına hazırdır - FOTO

Stadionlar Premyer Liqa oyunlarına hazırdır - FOTO
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII tur matçlarının keçiriləcəyi stadionlar tam hazır vəziyyətə gətirilib.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.
O, sosial şəbəkə hesabında bütün 4 stadionun qardan təmizləndiyini bildirib.
Qeyd edək ki, bu gün XVII turda Qəbələ şəhər stadionunda rayonun eyniadlı komandası "Sumqayıt"ı, Zirə İdman Kompleksinin stadionunda qəsəbənin eyniadlı klubu "Neftçi"ni, "Azersun Arena"da "Qarabağ" "Səbail"i, Bank Respublika Arena"da isə "Sabah" "Keşlə"ni qəbul edəcək.
 
Stadionlar Premyer Liqa oyunlarına hazırdır - FOTO
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər