Stadionda infarkt keçirdi, Premyer Liqa matçı dayandırıldı

Stadionda infarkt keçirdi, Premyer Liqa matçı dayandırıldı

Futbol üzrə İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Uotford” - “Çelsi” matçında azarkeşlərdən biri infarkt keçirib. 

Fanat.Az xəbər verir ki, buna görə görüş 12-ci dəqiqədə dayandırılıb.   Oyunu saxlayan baş hakim futbolçuları paltardəyişmə otağına göndərib. “Çelsi”nin həkimləri dərhal tribunaya çıxaraq həmin azarkeşə ilkin tibbi yardım göstərib. Onun vəziyyəti sabitləşdikdən sonra təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.   Azarkeşin sağlıq durumu ilə bağlı dəqiq məlumat olmadan meydana çıxmaqdan imtina edən futbolçular yalnız sevindirici xəbəri aldıqdan sonra meydana dönüblər. Onlar isinmə hərəkətlərini yerinə yetirdikdən sonra referi qaldığı yerdən davam etdirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər