"Xəzər Lənkəran" daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Mustafa Dənizli Edu Oriola qapını göstərib.
Yayda "Xəzər Lənkəran"a keçən Edu ölkəmizdə 8 oyuna çıxıb və 230 dəqiqə oynayıb. "Xəzər Lənkəran"a "Saraqosa"dan gələn 27 yaşlı yarımmüdafiəçi 2009-2011-ci illərdə "Barselona"nın B komandasında 31 oyuna çıxıb və 6 qol vurub. O, Kataloniyanın A komandasına cəlb olunsa da, rəsmi matçlarda debüt edə bilməyib.
Qeyd edək ki, Fanat.az Edunun "Xəzər Lənkəran"dan gedəcəyi ilə bağlı təxminən bir ay əvvəl məlumat yaymışdı. Lakin həmin vaxt klub rəhbərliyi xəbəri təkzib etmişdi.
Fanat.az