17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Nikolay Adam 18 futbolçuya dəvət göndərib.
Onlardan 7-si legioner həyatı yaşayır. Belə ki, Adam Rusiyanın ÇSKA, "Anji", Almaniyanın "Ayntraxt 05", "Hannover 96", "Ballspielvereyn 04", "Darmştadt" və "Koblenz" klublarının üzvlərini millimizə dəvət edib.
Qasımov Ağaseyid - Qarabağ
Nəsirov Kamran - Qarabağ
Məmmədov Elməddin - Neftçi
Ağaverdiyev Renat - Bakı
Akmurzaev Umar - Bakı
Mustafazadə Bəhlul - Qəbələ
Əsədli Fərid - Qəbələ
Hüseynov Roman - Qəbələ
Zamanov Emin - Qəbələ
Nəbiyev Yusif - Qəbələ
Cəfərov Elnur - Xəzər Lənkəran
Uluxanov Elgün - ÇSKA (Moskva, Rusiya)
Cəbrayılov Şahban - Anji (Rusiya)
Şahin Tolqa - Ayntraxt 05 (Almaniya)
Yılmaz Berdan - Hannover 96 (Almaniya)
Avan Sinan - Ballspielvereyn 04 (Almaniya)
Kama Benhür - Darmştadt (Almaniya)
Altın Ozan - Koblenz (Almaniya)
Yığmamızın oyunlarının təqvimini bir daha diqqətinizə çatdırırıq:
21 sentyabr, saat 14.00
İslandiya - Azərbaycan
23 sentyabr, saat 18.00
Rusiya - Azərbaycan
26 sentyabr, saat 18.00
Azərbaycan - Slovakiya