Ronaldo Messidən, Almaniya İspaniyadan güclü oldu

Ronaldo Messidən, Almaniya İspaniyadan güclü oldu
Yığma komandalar arasında yoxlama oyunları keçirilib. Fanat.az xəbər verir ki, bu gecə dünyada 20 qarşılaşma baş tutub.
Milli komandamızın rəqibi İtaliya yığması da meydana çıxıb. Cenoa şəhərindəki “Luici Ferraris” stadionunda baş tutan qarşılaşmda italyanlar "Qarabağ"ın üzvü Ansi Aqollinin forma geyindiyi Albaniyanı sınağa çəkib və 1:0 hesablı qələbə qazanıb.
Kriştiano Ronaldolu Portuqaliya Lionel Messinin şərəfini qoruduğu Argentina ilə üz-üzə gəlib. Matçın yeganə qoluna əlavə vaxtda Rafael Querreyro imza atıb. Ronaldo və Messi ilk yarıda meydanda olub.
Braziliya Avstriyanı 2:1, İngiltərə Şotlandiyanı 3:1, Almaniya İspaniyanı, Fransa İsveçi 1:0 hesabı ilə məğlub edib.
Qonşularımızdan Rusiya Macarıstanna 2:1 hesabı ilə qalib gəlib. İran isə Cənubi Koreyanı tək qola üstələyib - 1:0.
Yoxlama oyunu
18 noyabr
Yaponiya - Avstraliya 2:1
Qollar: Yasuyuki Konno, 61. Şinji Okazaki, 68 - Tim Kahill, 90+2.
Tailand - Yeni Zellandiya 2:0
Qollar: Kirati Keavsombut, 44. Adisak Kraisorn, 77.
Çin - Honduras 0:0
İran - Cənubi Koreya 1:0
Qol: Sardar Azmoun, 82.
Slovakiya - Finlandiya 2:1
Qol: Filip Holosko, 1. Marek Hamşik, 7 - Tomaş Hubokan, 45+2 (avtoqol).
Belarus - Meksika 3:2
Qollar: Sergey Kislyak, 50. Mikalay Siqneviç, 55. Pavel Niaxayçik, 81 - Raul Ximenes, 47; 53.
Yunanıstan - Serbiya 0:2
Qollar: Radosav Petroviç, 60. Nemanya Qudely, 90+2.
Sloveniya - Kolumbiya 0:1
Qol: Adrian Ramos, 43.
Avstriya - Braziliya 1:2
Qollar: Aleksandar Draqoviç, 75 - David Luiz, 64. Roberto Firmino, 83.
Estoniya - İordaniya 1:0
Qol: Henri Anier, 16.
Rumıniya - Danimarka 2:0
Qollar: Klaudiu Keseru, 53; 59.
Ukrayna - Litva 0:0 
Macarıstan - Rusiya 1:2
Qollar: Nemanya Nikoliç, 86 - Sergey İqnaşeviç, 49. Aleksandr Kerjakov, 80.
İrlandiya - ABŞ 4:1
Qollar: Antoni Pilkinqton, 17. Robbi Bradi, 55; 87. Ceyms Maklean, 82 - Miks Diskerud, 38.
İtaliya - Albaniya 1:0
Qol: Hamdi Salihi, 82 (avtoqol).
Polşa - İsveçrə 2:2
Qollar: Artur Yedrgeçik, 45+1. Arkadius Milik, 61 - Yosip Drmiç, 4. Fabian Frey, 87.
Portuqaliya - Argentina 1:0
Qol: Rafael Querreyro, 90+1.
İspaniya - Almaniya 0:1
Qol: Toni Kross, 89.
Fransa - İsveç 1:0
Qol: Rafael Varane, 84.
Şotlandiya - İngiltərə 1:2
Qollar: Andrey Robertson, 83 - Aleks Okslade-Çamberlain, 32. Ueyn Runi, 47; 85.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər