Ramil Şeydayev Premyer Liqanın ən yaxşı 5 futbolçusu arasında

Ramil Şeydayev Premyer Liqanın ən yaxşı 5 futbolçusu arasında
Rusiya Premyer Liqasında mart ayının ən yaxşı futbolçuları seçilib.
Fanat.Az xəbə verir ki, turnirin "Vkontakte” sosial şəbəkəsindəki rəsmi hesabında keçirilən sorğunun qalibi "Zenit"in iranlı futbolçusu Sərdar Azmun olub. O, sorğu iştirakçılarının 49,46 faizinin səsini qazanıb.
Milli komandamızın üzvü Ramil Şeydayev "beşlik"də 5-ci olub. "Krılya Sovetov"da çıxış edən həmyerlimizə iştirakçıların 2,7 faizi səs verib.
Qeyd edək ki, Ramil mart ayında 3 qol vurub.
1. Sərdar Azmun (Zenit) - 49.46 faiz
2. Fyodor Çalov (ÇSKA) -  35.12 faiz
3. Anton Mirançuk (Lokomotiv) - 6.53 faiz
4. Mario Fernandes (ÇSKA) - 6.52 faiz
5. Ramil Şeydayev (Krılya Sovetov) - 2.37 faiz
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər