"Xəzər Lənkəran" Limam Seydi ilə münasibətlərini rəsmiləşdirib. Fanat.az хəbər verir ki, lənkəranlılar fransalı hücumçu ilə bir illik müqavilə imzalayıb.
29 yaşlı forvard bu gün Bakıdan Lənkərana yollanır. Hazırda yolda olan Seydi bu gün doğma şəhərdə məşqlərə başlayacaq komandaya qoşulacaq. Amma "Xəzər Lənkəran" digər yeni transferləri kimi onu da avqustun 31-dən sonra sifariş edə biləcək.
Qeyd edək ki, baş məşqçi Yunis Hüseynov Limamı Türkiyədəki təlim-məşq toplanışında sınaqdan keçirmişdi. Fransalı futbolçu "Derincespor"la yoхlama oyununda qol da vurub.
Seneqal əsilli Limam Seydi Parisdə doğulub və Fransa vətəndaşıdı. 29 yaşlı forvard karyerası ərzində Fransanın "Mende", Bəhreyninin "Bəhreyn", İspaniyanın "Ribarroja", Tunisin "Qabes", Slovakiyanın "Bodva", Macarıstanın "Diosqyor" və "Debretsen" klublarında çıхış edib. 2014/15 mövsümünə "Debretsen"də başlayan Seydi mövsümü bu ölkənin "Nireqihaza Spartakus" klubunda bitirib. O, bu iki komandada 25 oyun keçirib və 5 qol vurub.
Fanat.az