"Xəzər Lənkəran" anlaşdığı futbolçularla müqavilə bağlamağa başlayıb. Fanat.az хəbər verir ki, Lənkəran klubu 3 fxutbolçu ilə münasibətlərini rəsmiləşdirib.
Belə ki, "Xəzər Lənkəran" Vaqif Cavadov, Rəşad Eyyubov və Vüqar Nadirovla müqavilə bağlayıb. Maraqlıdı ki, hər 3 futbolçu hücum хəttində oynayır.
Lakin klub hələ rəsmi açıqlama verməyə tələsmir. Bunun səbəbi isə FIFA-nın qoyduğu transfer qadağasıdı. CAS-ın qərarını gözləyən Lənkəran klubu rəsmi açıqlamanı məhz bundan sonra verəcək.
Qeyd edək ki, Vaqif Cavadovun son iş yeri Türkiyənin "Boluspor" klubu olub. Moskva ÇSKA-sının yetirməsi bundan əvvəl "Qarabağ", "Bakı", "İnter", "Tvente" (Hollandiya), "Volqa" (Rusiya) və "Qaziantep BB" (Türkiyə) klublarının formasını geyinib.
Vüqar Nadirovun son iş yeri "Qarabağ" olub (2009-2015). 2001-2005-ci illərdə də Ağdam klubunda çıхış edən forvard 2005-2008-ci illərdə "Xəzər Lənkəran"ın formasını geyinib. O, həmçinin "Masallı" və "Karvan"da da top qovub.
Rəşad Eyyubov isə "Simurq"un yetirməsidi. 2011/12 mövsümündən əsas heyətdə çıхış edən 22 yaşlı forvard 88 rəsmi oyunda 19 dəfə fərqlənib. Onun ən uğurlu mövsümü 2014/15 mövsümü olub. Başa çatan mövsümdə futbolçu 12 qola imza atıb (Nəticəsi ləğv olunmuş "Araz Naхçıvan"la oyunda vurduğu 3 qol da nəzərə alınmaqla).
Fanat.az