"Tarixə düşmək istəyirdik, amma belə nəticə qazanacağımızı düşünmürdük" - Sergey Barbarez

"Tarixə düşmək istəyirdik, amma belə nəticə qazanacağımızı düşünmürdük" - Sergey Barbarez

Futbol üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Qətər yığmasını 3:1 hesabı ilə üstələyən Bosniya və Herseqovina millisinin baş məşqçisi Sergey Barbarez qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, 4 xalla qrup üçüncüsü olan və pley-offa yüksəlmək ehtimalı yetərincə real görünən komandanın çalışdırıcısı matçın ardından baş tutan mətbuat konfransında belə danışıb:

"Tarixə düşmək istəyirdik, amma belə nəticə qazanacağımızı düşünmürdük. Bosniya və Herseqovinadakı insanlardan o qədər mesaj almışam ki... Qayıdanda uğurumuzu azarkeşlərimizlə bayram edəcəyik. Əldə etdiklərimizlə qürur duyuruq.

Bu matçda komandamın çıxışından çox razı qaldım. Oyunun böyük hissəsində üstünlük bizim tərəfimizdə idi və qələbəyə layiq olduğumuzu düşünürəm. Futbolçular meydanda xarakter göstərdilər. Təzyiq altında olsalar da, oyun planına sadiq qaldılar. Qrup mərhələsini qələbə ilə başa vurmaq vacib idi. İndi isə digər nəticələri gözləyəcək və diqqətimizi növbəti mərhələyə yönəldəcəyik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər