"Şeytan"ın transfer siyahısı: Ronaldo, Beyl, Reus

"Şeytan"ın transfer siyahısı: Ronaldo, Beyl, Reus

Bu yay fransız Antoni Martialı "Monako"dan bonuslarla birlikdə təхminən 80 milyon avroya transfer edən "Mançester Yunayted" böyük transferlərə hazırlaşır. Fanat.az хəbər verir ki, "qırmızı şeytanlar"ın yanvarda bir neçə ulduz futbolçu transfer edəcəyi iddia olunur. 

İddiaya görə, klub rəhbərliyi "Real"ın iki ulduzu - Kriştiano Ronaldo və Qaret Beyl üçün 180 milyon avrouluq transfer büdcəsi ayırıb. "Mançester Yunayted" hədəfindəki digər futbolçu Marko Reus üçün "Borussiya"ya (Dortmund) 30 milyon avro vermək niyyətindədi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər