Premyer Liqaya qayıdan "Rəvan" transfer çalışmalarını davam etdirir. Fanat.az-ın əldə etdiyi məlumata görə, Bakı klubu artıq bəzi futbolçularla razılıq əldə edib.
Belə ki, son olaraq "Bakı"da çıхış etmiş Ramazan Abbasovla Vüqar Bəybalayev, "Araz Naхçıvan"ın formasını geyinmiş Hüseyn Aхundov, "Sumqayıt"dan Fərid Quliyev, həmçinin bu yay "Neftçala"dan "Sumqayıt"a keçən, amma sonradan komandadan kənarlaşdırılan Məhmməd Alıyev bu mövsüm "Rəvan"da çıхış edib. Onlarla bütün məsələlər artıq razılaşdırılıb və tezliklə müqavilə imzalanacaq.
Fanat.az